Hindistanda tək yaşayan bir adamın yaşını eşidənlər qulaqlarına inana bilməyib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Hindistanın Varanasi şəhərində yaşayan Mahashta Murasinin 179 yaşı var. Onun yaşını sübut edəcək hər cür sənədi də var.
6 İyun 1835-ci il təvəllüdlü hindli 1957-ci ilə qədər ayaqqabı ustası işləyib. 122 yaşında təqaüdə çıxan Murasi ölməməsinə təəssüflənir:
“Yəqin Əzrail məni unutdu. O qədər uzun yaşadım ki, nəvəmin nəvəsinin ölümünü gördüm. 150 yaşını keçən kimsə yoxumdur. Deyəsən mən ölümsüzəm”.
Sağlamlığı ilə əlaqədar keçmişdə heç bir bir problemi olmayan Murasinin son həkimi 1971-ci ildə vəfat edib.
O, dünyada ən çox yaşayan adam kimi Ginnesin rekordlar kitabına düşüb.