Dünyanın ən iri sosial şəbəkəsi Facebook Newswire xəbər aqreqatorunu işə salır, onun vasitəsilə ictimai dəyəri olan orijinal fotolar, video və statuslar yayılacaq. Yeni servis jurnalistlərə şəbəkədə kontenti tapmaq və KİV-i yaymaq imkanı verəcək.
Oxu.Az Tech Crunch-a istinadən xəbər verir ki, servisdən Facebook səhifəsi və Twitter akkauntu vasitəsi ilə istifadə ediləcək. İnformasiya real vaxta görə yenilənəcək.
Facebook-un məlumatına görə, gün ərzində 1 milyon adam sosial şəbəkədən istifadə etməklə xəbər axınının yaradılmasında iştirak edir. Şirkət qeyd edir ki, Facebook-dan media-saytlara yönləndirmələr 2013-cü ildə 4 dəfə artıb.