Bu gün müğənni Elariz Məmmədoğlunun qızının toy mərasimi baş tutacaq.
Müğənninin Oxu.Az-a verdiyi məlumata görə, toyda media nümayəndələrinin iştirakına qadağa qoyulub. Bu, hər iki tərəfin birgə qərarıdır.
Toy və gələcək qohumları haqqında əlavə informasiya vermək istəməyən müğənni bildirdi ki, toydan sonra Yunanıstana səfər edəcək.
Qeyd edək ki, müğənni üç övlad atasıdır.
Aytən Sadıqzadə
www.oxu.az