Bakı Şəhər Baş Polis İdarəsinin nəzdində Tapıntılar Bürosu fəaliyyət göstərir.
Oxu.Az Xezerxeber.com-a istinadən xəbər verir ki, bu büroya hər gün itmiş əşya və sənədlərlə bağlı müraciətlər daxil olur.
İtmiş əşya və sənədlər paytaxt küçələrində vətəndaşlar tərəfindən tapılaraq Tapıntılar Bürosuna təhvil verilir. Büronun əsas vəzifəsi də bu əşya və sənədləri qəbul etmək, uçotunu aparmaq, saxlamaq və sahiblərinə qaytarılmasını təmin etməkdən ibarətdir.
Əgər büroya təhvil verilmiş sənədlər arasında tələbə bileti və ya diplom varsa və bunların sahibləri 1 ay müddətində müraciət etmirsə, həmin sənədlər aidiyyatı üzrə təhsil müəssisələrinə göndərilir.
Əşyalara gəldikdə isə, bunlar ciddi yoxlamalardan keçirilməklə sahiblərinə qaytarılır.
Beləliklə, nəsə itirmisinizsə və ya tapmısınızsa, (012) 590-91-19 nömrəsinə zəng vurun.