Dünən Gəncədə evlənən gənclərin təşəbbüsü ilə onların nikah mərasimi Gəncənin Heydər Əliyev Mərkəzində qeydiyyata alınıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsinin rəisi Şəlalə Cəfərova tərəfindən yeni ailə quran cütlüklərin nikahı qeydə alınaraq onlara nikah haqqında şəhadətnamə təqdim edilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin adından bəylə gəlinə qızıl və xalça hədiyyə təqdim edilib.