Kubanın əfsanəvi lideri, bu ölkədə inqlabın rəmzi olan Fidel Kastronun sosial şəbəkədə qeyri-adi fotosu yayılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, inqlabçı lider bu fotoda minlərlə tamaşaçının olduğu stadionda beysbol oynayır.
Əlində tutduğu beysbol dəyənəyi ilə vuruş edən Kastronun əynində ənənəvi olaraq hərbi geyim var.
Məlumata görə, şəkil 1959-cu ildə Kastro 33 yaşında ikən paytaxt Havana şəhərində çəkilib.
Fidel Kastro 1926-cı ilin 13 avqust günü Kubanın Mayari şəhərində anadan olub. 1959-cu ildə Kubanın baş naziri olan Fidel Kastro 1961-ci ildə bu ölkədə sosializmi elan edib. Keçmiş SSRİ-nin ən böyük müttəfiqlərindən olan Kastro hər zaman ABŞ-a meydan oxuması ilə məşhur olub.
