“Kutuzovki mil” və “Rublyovskaya Rivyera” yaşayış kompleksinin inşaatı ilə əlaqədar 25 miyard rubl (64,5 mln man) məbləğində fırıldaqçılıqda ittiham edilən iş adamı Sergey Polonski məhkəmədə Rusiya prezidenti olmaq niyyətini bəyan edib.
Oxu.Az bu barədə İnterfaksa istinadən xəbər verir.
“Mən prezident seçkilərində namizədliyimi irəli sürəcəm. <...> Bu dəfə də olmasa, gələn dəfə mən prezident olacam”, - İnterfaks Polonskinin sözlərindən sitat gətirib.
Onun fikrincə biznes hökumətdə təmsil edilmədiyi halda “hüquqsuz olur”.
Daha öncə Polonskinin özünü Tramp ilə müqayisə etdiyi məlum olub.
N.O.
www.oxu.az