Bob Unique adlı Facebook istifadəçisi Bakıda “Flame Towers”da çəkdirdiyi şəkilləri ilə hər kəsi heyran edib.
Oxu.Az xəbər verir ki, çoxları fotoların orada çalışan fəhlələrdən birinin çəkdiyini deyib, bəziləri isə bu şəklin montaj olduğunu iddia edir.
Lakin əslində fotolar realdır və heç bir montaj yoxdur. Belə ki, Bob adlı həmin Facebook istifadəçisi peşəkar alpinistdir və Baku Flame Towers–də binaların şüşələrinin silinməsi ilə məşğuldur. Fotoşəkilləri onun dostu, digər alpinist çəkib.
Qeyd edək ki, bundan əvvəl “Flame Towers”da çəkilmiş qızın şəkli də geniş müzakirələrə səbəb olmuşdu.
E.Ə.
www.oxu.az