Fransada Erik Holder məhkəmənin icazəsi ilə ögey anası ilə evlənib.
Oxu.Az xəbər verir ki, Gün.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 45 yaşındakı Erik Holder atasının arvadı 48 yaşındakı Elizabet Lorens ilə evlənməyə 1 ay davam edən məhkəmə mübarizəsindən sonra nail olub.
Cütlüyün toyu Metz şəhəri yaxınlığında Dabo kəndində baş tutub.
Bildirək ki, Fransa qanunları ögey uşaqlar və valideynlər arasında evliliyi qadağan edir. Ancaq məhkəmə bu hadisədə cütlüyün lehinə qərar verib.