İctimaiyyət ABŞ, Tennesidən olan gəlinliyinin şleyfinə yeni doğulmuş körpəsini bağlayan gəlini uzun müddət unutmayacaq.
Tennesi ştatının paytaxtının yaxınlığında yerləşən Cekson şəhərindən olan baptist kilsəsində nikaha girən gəlin Şona Karter-Bruks (Shona Carter-Brooks) ətrafdakıların diqqətini Vera Vonqdan olan gəlinliyi ilə deyil, o gəlinliyin şleyfinin üzərində sürüdüyü yeni doğulmuş körpə qızı Obri ilə çəkdi.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, amerikalı xanım öncədən paltara daha bir detal kəmər əlavə edib. Bu isə onun kilsədə keşişə yaxınlaşan zaman körpənin paltarın üstündən düşməməsi üçün idi.
Şonanın paltarının üstünə bərkidilmiş bir aylıq körpəsini sürüdən ananın şəkillərini Facebook sosial şəbəkəsində görən istifadəçilər bu ana haqqında uşaqların müdafiə təşkilatlarına müraciət etməyi belə təklif ediblər.
Tənqidçilərin sözləri Karter-Bruksu heç də utandırmadı, o Obrini kilsədə paltarının üstündə sürüməyindən peşman olmadığını söyləyib. Əksinə bu addım əri ilə onun arasında gözəgörünməz bağların yaratdığını deyib. Eləcə də onun sözlərinə görə, körpə təhlükədə deyildi, onu Məsih qoruyurdu.