İrana səfər edən müğənni Elmira Ələkbərzadə orada qadınlara göstərilən münasibətə bitərəf qalmayıb.
Oxu.Az xəbər verir ki, ifaçı sosial şəbəkədə İran vətəndaşlarını yazıq adlandırıb:
“İran çox böyük sərvətə malik olan dövlətdir. Nə istəsən İranda var. Amma adamları çox yazıqdır. Pul baxımından yox, həyat tərzi baxımından deyirəm. Ələlxüsus da xanımları yazıqdır.
Doğrudan da bədbəxtdirlər. İranda səhiyyədən başqa hər şey yalandır. Ay balam, heç olmasa bu qara çadranın rəngini dəyişib qəhvəyi etsinlər. Nə olar? Nə yaxşı ki, mən orada 60 şallaq yemədim”.
Qeyd edək ki, müğənninin bacısı əməkdar artist Sevda Ələkbərzadə mayın 24-də İran vətəndaşı ilə nikah masasına əyləşib.
Aytən Sadıqzadə
www.oxu.az