Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Gəncədə avtomobil müəllimi vurub öldürdü – VİDEO
Gəncə şəhərində dəhşətli yol qəzası qeydə alınıb.
Oxu.Az pressclub.az-a istinadən xəbər verir ki, şəhərin Nizami rayonunda yolu keçmək istəyən qadını avtomobil vurub. Zərbənin gücündən piyada hadisə yerində ölüb.
Yayılan məlumatlara əsasən, 58 yaşlı qadın Gəncədə 7 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyirdi.
Hadisəni törədən sürücünün müğənni olduğu bildirilir. Onun Gəncə şəhərində şadlıq saraylarının birində çalışdığı deyilir.
Şahidlərin məlumatına görə, ağır yol-nəqliyyat hadisəsi avtomobilin digər nəqliyyat vasitəsilə yarışması nəticədə baş verib.
A.M.
Ən çox oxunanlar