Türkiyə prezidenti Abdullah Gül Azərbaycanda səfərdə olduğu zaman balıq ovuna çıxıb.
Oxu.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Belə ki, Abdullah Gülün 7 illik prezidentlik dövründə rəsmi səfərlərini əks etdirən, eləcə də həyat yoldaşı Hayrunnisa Güllə çəkdirdiyi şəkillərin sərgisi olub.
Sərgiyə gələn qonaqlara Abdullah Gülün fotoqrafları – Ayxan Fırat, Murad Çətinmühürdar, Mustafa Öztartan, İrfan Yıldız və Mehmet Dəmirçi tərəfindən bu günə qədər çəkilən 1 milyondan çox şəklin arasından seçilən 50 fotosu təqdim edilib.
Maraqlı məqam isə odur ki, 50 foto arasında Abdullah Gülün Azərbaycanda səfərdə olduğu zaman balıq tutarkən çəkilən şəklinin yer almasıdır. Türkiyənin Anadolu agentliyinin məlumatına görə, fotolar arasında Abdullah Gül və həyat yoldaşı Hayrunnisa Gülün qarda gəzintisini, atası Əhməd Həmdi Gül ilə bağdan pomidor toplamasını əks etdirən, eləcə də ABŞ-da BMT-nin toplantısı zamanı kompüterdən xəbərləri oxuyarkən çəkilən şəkilləri var.