Gürcüstanda iki xanımın Tbilisinin supermarketlərinin birində kassada növbədə prezident Giorgi Marqvelaşvili ilə çəkdirdikləri selfi Facebook sosial şəbəkəsində fəal olaraq yayılmağa başlayıb.
Oxu.Az-ın Gürcüstan KİV-nə istinadən verdiyi məlumata əsasən, sosial şəbəkədə yerləşdirilmiş fotoşəkil “Kassada növbədə qarşımızda nə az, nə çox Gürcüstan prezidenti dayanmışdı” adlandırılıb.
Qeyd edək ki, 2013-cü ilin oktyabrında prezident seçilmiş Giorgi Marqvelaşvili sadəliyi ilə seçilir. O, inauqurasiyasından sonrakı gündə işə piyada gedib. “Bu nə siyasi keyfiyyət, nə də sadəlikdir” – deyə o zaman dövlət başçısı deyib.
