Braziliyanın ən hündür qızı ona boyfrendi evlənmə təklifi etdikdə həm də ən hündür gəlini oldu.
Oxu.Az xəbər verir ki, boylarında olan fərqə baxmayaraq gənclər bir-birini çox sevirlər.
Elizani da Kruz Silva hipofiz şişindən yaranan nəhənglikdən əziyyət çəkir. 18 yaşlı qızın boyu 203 sm-dir və o böyüməyə davam edir. Onun boyfrendi Fransinaldo da Silva Karvalyonun boyu cəmi 162 sm-dir, amma bu fərq cütlüyə artıq üç ildir ki, görüşmələrinə mane olmur.
Sevgilisinin çiyninə belə qədər boyu çatmayan gənc bu yaxınlarda onun qarşısında diz çökərək ona evlənmə təklifi edib, Elizani təklifi qəbul edib.
Sevgililər nişanlılıq dövrünü bir az uzatmaq istəsələr də toyu planlaşdırıblar. Elizanini gənc yaşına baxmayaraq tezliklə uşaq dünyaya gətirmək istəyir. Çünki nəhənglilik problemi ilə əlaqədar o sonsuzluğa düçar ola bilər, ona görə də həkimlər ona tezliklə analıq arzusunu həyata keçirməyi məsləhət veriblər. Elizaninin ana olmaq arzusu o qədər güclüdür ki, təbii yolla uşaq dünyaya gətirə bilməsə, hətta uşaq evindən kimsəsiz uşağı belə övladlığa götürməyə hazırdır.
“Mən həmişə istəmişəm ki, sevgilim hündür qız olsun” – tikintidə fəhlə işləyən Fransinaldo da Silva Karvalyo deyib.
“Elizanini görəndə başa düşdüm ki, o, mənim idealımdır. O, nişanlılıq müddətimizi bir az da artırmaq istəyir. Onun artıq gəlinliyi var, bir qədər geciksək o, artıq Elizaniyə qısa gələcək”.
Fransinaldonun Braziliyanın ən hündür qızını görən kimi aşiq olmağına baxmayaraq, Elizaninin uzun müddət oğlana qarşı belə hissləri olmayıb. Qız boynuna alır ki, hər dəfə görüşəndə oğlanı vurmaq istəyirdi. Amma zamanla gənc, bu qızın ürəyini fəth etməyi bacardı, və qız ona ilk öpüşünü hədiyyə etmək üçün ona tərəf əyildi.