Rusiyalı reper Timatinin ölkənin prezidenti və baş naziri ilə çəkdirdiyi “selfie” internetdə əsl ajiotaj yaradıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Soçidə baş tutan “Formula -1” yarışından sonra baş tutan təntənəli banketdə Rusiya şou-biznesinin tanınan simaları ilə yanaşı prezident Putin və baş nazir Medvedev də iştirak edib.
Reperin Rusiyanın iki lideri ilə birgə çəkdirdiyi, “ilin “selfie”si” adlandırdığı və İnstagram-ında paylaşdığı foto qısa zamanda 120 min izləyici tərəfindən bəyənilib.