29 yaşlı Britaniya vətəndaşı Rebekka Smit taksa cinsindən olan iti Vinninin klonlaşdırılması üçün 60 min funt ödəyib.
Oxu.Az Metro-ya istinadən bildirir ki, Mini Vinni adlı itin dünyaya gəldiyi cəsur eksperiment 30 mart tarixində həyata keçirilib. Klonlaşdırılmış taksa hələ ki, görmür və eşitmir, amma artıq gəzir.
Mini Vinni Seulda klonlaşdırılıb, hal-hazırda çəkisi 1 kq-dan azdır. Rebekka Smit hələ bu balacanın onun sevimli Vinnisinə oxşadığını deyə bilmədiyini vurğulayıb.
“O, indi sadəcə süd içən və ətrafda fırlanan kolbasa tikəsidir” – unikal heyvanın sahibəsi gülümsəyərək deyir.
O, London ətrafında yaşayır, ona görə də onun himayəsində olan balaca Vinninin gəzməyə yeri var.