Bu gün səhər saatlarında Bakı Metropoliteninin “Həzi Aslanov - Dərnəgül” xətti üzrə hərəkət edən qatar “Ulduz - Nəriman Nərimanov” stansiyaları arasında təxminən 10 dəqiqə tuneldə qalmalı olub.
Oxu.Az xəbər verir ki, məsələ Bakı Metropolitenindən APA-Economics-ə qatarın hərəkətində fasilənin yaranmasına “Həzi Aslanov - İçərişəhər” istiqamətində hərəkət edən qatarda texniki nasazlığın olması ilə izah edilib.
Nəticədə sərnişinlər qatardan evakuasiya edilib, nasaz qatar isə depoya göndərilib.
Hazırda qatarların hərəkəti bərpa olunub.