Denni Bouman məktəbdə oxuyarkən qızların xoşuna gəlsin deyə ideal obrazı tapmaq üçün gündə 200-dən çox selfi çəkməyə 10 saat vaxt sərf edirdi.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, onun 15 yaşında başlanan bu hobbisi məktəbdən getməyi ilə nəticələndi. Bundan başqa yeniyetmə gözə çarpacaq dərəcədə çəki itirir.
6 ay ərzində Nyukaslda (Böyük Britaniya) yerləşən evindən çölə çıxmayan gənc, ideal şəkil çəkməyi bacarmadığını görəndə intihar etmək fikrinə düşür və yüksək dozada dərman qəbul edir.
Anası Penni oğlunu xilas edə bilir, amma onun şəkilə olan həvəsinin artıq nəzarətdən çıxdığını anlayır və yardım üçün müraciət etməli olur.
Hal-hazırda 19 yaşlı Denni Böyük Britaniyada ilk selfi-narkoman sayılır. O, xarici görünüşü üçün həddən artıq narahat olma – dismorfofobiyadan, yaxa qutarmaq üçün xüsusi terapiya keçir.
“Mən daima ideal obraz axtarırdım və anlayanda ki, bu alınmır ölmək istədim”, - Denni deyir. “Dostlarımı, sağlığımı itirdim, az qalmışdı həyatımı itirim. Məni narahat edən yeganə şey telefonumun yanımda olmağı, və istənilən an şəklimi çəkə bilməyim idi”.
Denni maneken olmaq istəyirdi və daima idealı olan – Leonardo di Kaprionun obrazlarını əks etdirən tərzdə şəkil çəkirdi.
Valideynləri onun telefonunu almaq istəyəndə Denni həddən artıq aqressiv olurdu.
Son beş ildə daha çox insan selfi ilə maraqlanır, buna məşhurlar, hətta Roma Papası Fransiska da həvəs göstərir.
Denninin müalicə olunduğu klinikanın psixoloqlarından biri deyir ki, selfi psixi xəstəliklərin bir növüdür.
Denni özü isə artıq bu problemlərlə üzləşən gənclərə yardım təşkilatında işləyir. O deyir ki, zamanında göstərilən yardım onun həyatını xilas etdi.