ABŞ-ın eks-dövlət katibi Hilari Klinton sabiq prezident Corc Buşun taleyini yaşayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Klinton, Las Veqasda tullantıların yenidən istehsalı təşkilatında (Institute of Scrap Recycling Industries) çıxış edərkən qəfildən dinləyicilərdən biri ayağındakı ayaqqabısını çıxararaq səhnəyə - Klintonun başına tullayıb.
Klinton başını kənara çəkərək ayaqqabı zərbəsindən qorunub. Eks-dövlət katibi hadisəyə yumoristik yanaşıb. “Ay Allah, mən bilmirdim ki, tullantıların istifadə edilməsi bu cür provokasiyalı mövzudur”,- deyə siyasətçi qeyd edib.
Ayaqqabı atan qadını təhlükəsizlik xidmətinin əməkdaşları dərhal saxlayıb.