Bakıda uzun müddət ətrafında suallar yaranmış mehmanxananın taleyinə aydınlıq gətirilib.
Xeyli müddət fəaliyyəti dayandırılmış, sonradan sökülmüş “Gənclik” mehmanxanasının yerində əzəmətli binanın tikintisinə başlanılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, həmin ərazidə qədimi üslubda yeni mehmanxana inşa olunacaq.
“Gənclik” meydanında artıq 7 mərtəbəli, mansardlı mehmanxana binasının inşasına başlanıb. İşlərin gələn ilin mayına kimi başa çatdırılacağı planlaşdırılır.