İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İmişli sakini Əbilov Vaqif Ədil oğlunun idarə etdiyi “Mercedes” markalı “90 BC 914” dövlət nömrə nişanlı avtomobil yol kənarında dayanan, Ağaşov Vüqara məxsus “QAZ 53” markalı “58 BA 673” dövlət nömrə nişanlı yük maşınına çırpılıb.
Nəticədə “Mercedes” markalı avtomobildə olan sərnişin, İmişli sakini, 1958-ci il təvəllüdlü Vaqif Məmmədov dünyasını dəyişib. Hadisə yerinə Kürdəmir FHN xilasediciləri cəlb edilib. Avtomobildə sıxılıb qalan meyit xilasedicilər tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
A.S.
www.oxu.az