Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İngilis teleaparıcı 62-ci əməliyyatını keçirdi - FOTO
Oyuncaq Kenə bənzəmək sevdası ilə dəfələrlə estetik əməliyyat üçün bıçaq altına yatan 35 yaşlı Braziliya doğumlu ingilis televiziya ulduzu Rodriqo Alvez 62-ci əməliyyatını keçirmək üçün İrana gedib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhnədə gözəl görünmək istədiyini bildirərən Rodriqo həkimlərin çox əməliyyat keçirməyin təhlükəsilə bağlı xəbərdarlığına məhəl qoymur.
Bu dəfə Ken 62-ci estetik əməliyyatını keçirmək üçün İranda bir xəstəxanaya yerləşib.
Üz cizgilərinin çox kəskin olmasından və üzünün böyük görünməsindən şikayət edən Ken bu dəfə çənə implantını yeniləyib və gözlərində dəyişiklik edib.
Alvez sonuncu dəfə 2019-cu ildə “Avroviziya” musiqi yarışmasına qatılmaq üçün Braziliya ombası etdirməsi ilə gündəmə gəlmişdi.
Keçirdiyi əməliyyatlara və müxtəlif kosmetik proseduralara Alvez 500 min funtdan çox (1 milyon 90 min azn - red.) pul xərcləyib.
Xəstəxanadakı anlarını öz “Instagram” hesabından paylaşan Alvez keçirdiyi əməliyyatlara görə olduqca xoşbəxt görünür.
"Braziliya" teqi üzrə xəbərlər
- Braziliyalı nazir: "Karbon bazarının yaradılması ekoloji bütövlüyün təmini üçün prioritetdir"
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- DÇ-2026: Braziliya - Uruqvay görüşündə qalib müəyyənləşməyib
- Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar