Amerikalı alimlər iPhone həvəskarlarının hər hansı bir səbəb ucbatından öz sevimli qacetlərindən uzaq qaldıqada nələrin baş verdiyini tədqiq ediblər.
Tədqiqatçılar, iPone sahiblərinin iştirakı ilə bir sıra eksperimentlər aparıblar və aydınlaşdırıblar ki, qacetlərin sahibləri Apple qacetlərindən uzaq qaldıqda onlarda psixoloji və fizioloji pozuntular əmələ gəlir, o cümlədən də insanlara xas olan bir sıra koqnutiv funksiyaları yerinə yetirmə imkanının olmaması müşahidə edilir.
Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, alimlərin sözlərinə görə, yalnız telefonun yoxluğu deyil, eləcə də sadəcə onu ələ götürmək imkanının olmaması neqativ təsir edir: təzyiq yüksəlir, ürək döyüntüsü sürətlənir, həyəcan hissi yaranır.
Tədqiqatçılar əmindirlər ki, bu göstəricilər istənilən smartfon sahibləri üçün xarakterikdir, amma onlar yalnız iPhone istifadəçilərini tədqiq etməklə kifayətləniblər.