Bakı Metropoliteninin Mühafizə üzrə Polis Şöbəsinin rəisi Əflatun Həsənov işdən azad edilib.
Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından a24.az-a verilən məlumata görə, polkovnik Ə.Həsənov Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi polis general-mayoru Mirqafar Seyidovun əmri ilə vəzifəsindən azad olunub.
Hələ ki, onun yerinə təyinat yoxdur.
Bakı Metropolitenindən faktı təsdiqləyiblər.
E.Ə.
www.oxu.az