İnternet istifadəçilərindən kompüter və smartfonlarında təhlükəsizlik şifrələrini dəyişməyi xahiş edirlər, bu yeni Heartbleed proqramının dəhşətli nəticələrinin təsirindən qorunmaq üçündür.
Oxu.Az The Daily Mail-ə istinadən bildirir ki, bütün şəxsi informasiya, o cümlədən şifrə və kredit kartlarının məlumatları əldə edilə bilər.
Proqramı Heartbleed (qanayan ürək) adlandırıblar, çünki o, Open SSL proqram təminatından olan məlumatların sızmasını yaradır, saytların əksəriyyəti isə məlumatları qorumaq üçün məhz bu proqramdan istifadə edir.
Həyəcan təbilini Codenomicon mütəxəssisləri çalıb.
Onlar öz serverlərinə təlim hücumuna keçərək bütün məlumatları oğurlayıblar və hətta bunu heç bir iz qoymadan etməyə nail olublar. Yaxşı xəbər Open SSL-in yeni versiyasının olmasıdır, amma sizin istifadə etdiyiniz saytlarda həmin versiyadan istifadə edilib-edilmədiyi sual altındadır.
İndi bütün istifadəçilərə hər ehtimala qarşı şifrəni dəyişmək məsləhət görülür, bunun isə bütün saytlarda yeni versiya işləməyənə qədər xeyri azdır.
Aliyə İsmayılzadə
www.oxu.az