ABŞ-ın Nyu York şəhərindəki texnologiya həvəskarları iPhone 6-nı satın almaq üçün növbəyə durmağa başlayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Apple şirkətinin yeni modelinin bazara çıxarılmasına sayılı günlər qalıb. Mağazaların qarşısına kreslo və çadırlarını gətirən insanlar 9 sentyabrda mobil telefon tanıdılana qədər gözləyəcəklərini bildiriblər.
Bəziləri iPhone 6-ya ilk sahib olan şəxslər arasında olmaq üçün, bəziləri isə Apple şirkətinin təqdimatında iştirak etmək məqsədi ilə bu addımı atdıqlarını deyiblər.
Texnologiya həvəskarlarından bəziləri hətta 17 gün növbədə durduğunu deyir.
Qeyd edək ki, Apple iPhone 6-nın təqdimatını 9 sentyabrda edəcəklərini açıqlayıb.