Müğənni Rəqsanə İsmayılova sosial şəbəkələrdə qızı Aysuna müştəri yığır.
Oxu.Az tabloid.az-a istinadla xəbər verir ki, müğənni geyindiyi libasların, klipləri üçün hazırlanmış səhnə kostyumlarının fotolarını paylaşaraq qızının əl işinin olmasını xüsusi vurğulayır.
Sosial şəbəkə izləyiciləri arasında müğənninin libaslarını çox bəyəndiklərini yazanlar ondan əlaqə telefonu da istəyiblər. Modelyer qızının reklamı ilə məşğul ola müğənni böyük məmnuniyyətlə, moda evi ilə əlaqə saxlamaq üçün telefon nömrəsini paylaşıb. Daha sonra qeyd edib ki, qızı yeni kolleksiya üzərində çalışır.
Rəqsanənin sənət dostları və qızının ideyası əsasında tikilən libaslarda çəkdirdiyi fotoları təqdim edirik: