Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yerə asteroid gəlir
20 metr diametri olan obyekt planetə minimal məsafədə yaxınlaşacaq, bu barədə NASA saytında bildirilib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, asteroid Yeni Zelandiya üzərindən keçəcək və Yer kürəsi üçün heç bir təhlükə yaratmayacaq.
Yaxınlaşma zamanı o, planet səthindən 40 min kilometr məsafədə olacaq.
Astronomlar 2014RC-ni ilk dəfə olaraq 2014-cü ilin avqust ayının 31-də gecə Arizona rəsədxanasında Catalina Sky Survey proqramı çərçivəsində gecə səmasının monitorinqi zamanı görüblər. Bundan başqa, sentyabr ayının 1-də Havay adalarında Pan-STARRS teleskopu ilə də obyekt müşahidə edilib.
İki rəsədxananın müşahidələri Kembric Kiçik Planetlər Mərkəzinə göndərilib.
Obyektin görünən böyüklüyü 11,5-dir, bu isə onu adi gözlə açıq səmada müşahidə etmək mümkün olacağı deməkdir. Alimlər obyekti müşahidə altına alacaqlarını bildiriblər, belə ki, onun yenidən qayıdacağı ehtimal edilir.