ABŞ-lı məşhur teleaparıcı və komediya aktrisası Coan Rivers dünyasını dəyişib.
Oxu.Az-ın ANS PRESS-ə istinadla məlumatına görə, ötən həftə ürəyi dayanan 81 yaşlı Rivers Nyu-Yorkdakı Mount Sinai xəstəxanasına aparılmışdı. Ötən gün qızı Melissa Rivers verdiyi açıqlamada anasının öldüyünü bildirib. Ölüm vaxtı Riversin yanında ailəsi və dostları da olub.
“Anamın həyatdakı ən böyük sevinc mənbəyi insanları güldürmək idi. Hər nə qədər çətin olsa da, onun son arzusunun bizim gülməyə davam etməyimizi istəməsi ola bilər deyə düşünürəm” – deyə M.Rivers söyləyib.
Qeyd edək ki, məşhur teleaparıcı Coan Rivers son vaxtlar Hollivudun məşhur simalarının geyim seçimlərini tənqid etməsi ilə tanınırdı və “Fashion Police” (“Dəb polisi”) proqramının aparıcılığını edirdi.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin