İsveçin tanınmış futbolçusu Zlatan İbrahimoviç yeni bir rekorda imza atıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu rekord Estoniya ilə İsveç arasında baş tutan hazırlıq matçında qeydə alınıb.
Estoniyanı məğlub edən İsveçin qələbəsində baş memar olan Zlatan 3-cü və 24-cü dəqiqələrdə fərqlənə bilib.
Futbolçu oyunda ikinci qolu vurmaqla yığma komandanın 82 illik rekordunu qırıb.
Zlatan İbrahimoviç bu iki qolla milli komandadakı qol sayını 50-yə yüksəldib və Sven Rudellin yığmadakı ən çox qol vuran oyunçu ünvanını öz əlinə keçirib.
İsveç'in Golcüsü Ibrahimovic'ten Bir Rekor Daha haberler