19, 20, 21 sentyabr Bakıda dünyanın ən böyük qısametrajlı film festivalı keçiriləcək.
Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, Future Shorts yay mövsümündə 8 film göstəriləcək. Nümayişlər hər gün saat 21:00-da Yay qalereyasının (İçəri Şəhər, Kiçik Qala, 5) damında baş tutacaq. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.
Qeyd edək ki, Future Shorts - kinomatoqrafa prinsipial yeni fikir tamaşaçı auditoriyasının formalaşdırılmasında 10 illik təcrübə və səylərdir. Festival 2003-cü ildən başlayaraq kinomatoqrafçılara beynəlxalq platforma yaradır, hansıkı bütün dünyadan milyonlarla insanlara onların işinə qoşulmağa şərait yaradır və qısametrajlı film sahəsində son yeniliklərini, onların gözlənilməz və valehedici yerlərdə təqdim etməklə, öz beynəlxalq prokat şəbəkəsini və tamaşaçı auditoriyasını genişləndirməklə davam etdirir.