Yeni Zelandiyada "Forrest Field" özəl aerodromu yaxınlığında helikopter qəzaya uğrayıb, pilot həlak olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "1news" xəbər portalı məlumat verib.
Hadisə Kraystçerç şəhərindən təxminən 30 kilometr şimal-qərbdə yerləşən Ayeruell yaxınlığında baş verib.
"Helikopterin pilotu hadisə yerində həyatını itirib. Göyərtədə başqa heç kim olmayıb", - deyə polis nümayəndəsi Den Overend bildirib.
Helikopter aerodromdan bir neçə yüz metr aralıda yerləşən tarlada qəzaya uğrayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerini hasara alıblar, araşdırma aparılacaq.
Helikopterin modeli, ölən şəxs barəsində məlumatlar və qəzanın səbəbi dəqiq açıqlanmır.