Bu axşam UEFA Çempionlar Liqasının liqa mərhələsinə start verilir.
Oxu.Az xəbər verir ki, gecənin əsas qarşılaşmasında "Real Madrid" klubu İspaniyada İtaliyanın "İnter" komandasını qəbul edəcək.
Azərbaycanda azarkeşlər bu oyunu Bakı vaxtı ilə saat 23:00-da "CBC Sport" TV-də izləyə biləcəklər.
Gecənin digər maraqlı qarşılaşmalarında isə "Brügge" "Aston Villa"nı, "Portu" isə "Mançester Siti"ni qəbul edəcək.
Bakı vaxtı ilə saat 20:45-də start götürəcək "Brügge" - "Aston Villa" matçı "CBC Sport" TV-də, saat 23:00-da başlayacaq "Portu" - "Mançester Siti" oyunu isə İctimai TV-də yayımlanacaq.
UEFA Çempionlar Liqası
I tur
8 sentyabr
20:45 "Brügge" - "Aston Villa" ("CBC Sport" TV)
23:00 "Real Madrid" - "İnter" ("CBC Sport" TV)
23:00 "Portu" - "Mançester Siti" (İctimai TV)