Yeni Zelandiya Futbol Assosiasiyası Beynəlxalq Futbol Federasiyasının (FIFA) qarşıdakı prezident seçkisində Canni İnfantinonun namizədliyini dəstəkləməkdən imtina etmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti rəsmi məlumat yayıb.
Bununla yanaşı, assosiasiya İnfantinonun dünya çempionatı hüquqlarının bir hissəsini özəl investorlara satmaq planının müstəqil şəkildə araşdırılmasına çağırış edib.
"Ətraflı təhlildən sonra bu qənaətə gəlinib ki, FIFA-nın atdığı addımlar və verdiyi qərarlar beynəlxalq futbolda inamın zədələnməsinə, həmçinin parçalanmanın artmasına səbəb olub. Etimadın yenidən bərpası üçün müstəqil yoxlamaya ehtiyac var. Yeni Zelandiya Futbol Assosiasiyası hesab edir ki, hazırda bütün FIFA üzvlərinin dünya futbol rəhbərliyinə etimadı qorumaq üçün fundamental əhəmiyyət daşıyan şəffaflıq, hesabatlılıq və idarəetmənin gücləndirilməsi naminə çıxış etmək imkanı var", - deyə bəyanatda bildirilir.