Hindistanın şimalında yerləşən Uttarakhand ştatında inşa edilən tunelin çökməsi nəticəsində yeddi işçi həyatını itirib, daha bir nəfər isə itkin düşmüş hesab olunur.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ştatın polis idarəsindən jurnalistlərə açıqlama verilib.
Bədbəxt hadisə iki kilometr uzunluğunda olan tunelin daxilində torpaq sürüşməsi səbəbindən baş verib. Qəza anında tuneldə 20-dən çox işçi olub.
Uçqun baş verən ərazidə axtarış-xilasetmə tədbirləri hazırda da davam etdirilir. Əməliyyatlara Təbii Fəlakətlərə Qarşı Milli Müdaxilə Qüvvələrinin şəxsi heyəti cəlb olunub.