Yeni Zelandiyanın Şimal adasında 5.6 bal gücündə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına əsasən, zəlzələnin episentri 100 mindən çox əhalisi olan Tauranqa şəhərindən 190 kilometr şərqdə yerləşib.
Yeraltı təkanların ocağı 53 kilometr dərinlikdə qeydə alınıb.
İlkin məlumata görə, zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Qaynar xətt:
(055) 224 12 12