Applenin yeni ağıllı telefon modellərindən olan iPhone 6 Plus'dan gələn şikayət xəbərləri bitmək tükənmək bilmir.
İlk olaraq Applenin ilk modelinin büküldüyü fərq edilmiş və bu virtual aləmdə böyüyüb yayılmışdı. Son olaraq gələn xəbərlərə görə isə iPhone 6 Plus səbəbsiz çökmələr yaşayır.
Bu vəziyyət telefonun heç bir səbəb yoxkən özünü yenidən başlatmasına səbəb olur və istifadəçilərin canını sıxır.
Səbəbsiz çökmə problemini yaşayan bəzi iPhone 6 Plus sahibləri Apple Store'larda telefonlarını yeniləriylə dəyişdirsələr də vəziyyətdən yenə narazıdırlar. Mövzuyla əlaqədar Problemin ən çox 128 GB-lıq iPhone 6 Plus modellərində yaşandığı müşahidə olunur.
Problemin daha çox 128 GB storage olan cihazlarda görülməsinin səbəbi olaraq isə çoxlu proqram yükləyən istifadəçilərin telefonu yorduğu göstərilir. (joy.az)