İranda deputatın parlament binasından idman zalı kimi istifadə edərək gündəlik məşq etməsini əks etdirən görüntülər yayılıb.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, kadrlarda Təbriz şəhərindən seçilmiş millət vəkili Məsud Pezeşkian görüntülənib.
Deputatın bu hərəkəti sosial şəbəkələrdə istifadəçilər tərəfindən gülüşlə qarşılanıb.