Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İrana alternativ baxış – Fotosessiya
Oxu.Az Bigpicture-yə istinadən xəbər verir ki, fotoqraf Hüseyn Fatəmi gənc iranlıların öz evlərinin və klubların bağlı qapıları arxasında məşğul olduqlarını çəkib dünyaya göstərib.
20 ildən artıqdır ki, İrandan gələn xəbərlər və fotoşəkillər eyni olub – çadralı qadınlar, küçədə edamlar, bayraqların yandırılması ilə müşayiət olunan nümayişlər və nüvə silahı haqqında şaiyələr. Əslində isə, bu qədim ölkədə gündəlik həyatın reallığı daha çətin və müxtəlifdir.
Qadın Aşuradan əvvəl Hürrəmabadda keçirilən Çəhəl-Mənbər mərasimində. Adətə görə, iranlı qadınlar ayaqyalın gəzir, şəhərin mərkəzində müxtəlif yerlərdə 40 şam yandırırlar. Mərasim səhər tezdən başlayır və bütün günü davam edir.
Çılpaq qadın evində, yatağında. O, iki övladını saxlamaq üçün fahişəlik etməyə məcburdur.
Qadınlar kişilərin daxil ola bilməyəcəyi gözəllik salonunda. Kişilərə salonda işləmək qadağandır.
İçkili qızlar əylənirlər. Qohumluğu olmayan kişi və qadınların ünsiyyət saxlaması və bir yerdə istirahət etməsi qadağan olsa da, çoxları evində bu qanunlara laqeyd münasibət göstərirlər.
Rok-qrupu qapalı konsertdə.
Qızlar idman zalında – burada yalnız qadınlar idman edirlər.
Qızlar kişilər üçün istirahət zalında bilyard oynayırlar - əslində qadınların oraya daxil olması qəti qadağandır.
Qızlar qəlyan çəkirlər – ictimai yerlərdə bunu etmək olmaz.
Rok musiqisi qadağandır, ona görə də, bu uşaqlar gizli yerdə məşq edirlər.
Qızlar evin eyvanında siqaret çəkirlər. Evə onlar mayka geyinə və başlarını bağlamaya bilərlər.
Oğlan Şiraz şəhərində gitarada ifa edir.
Satıcı və alıcı qadın alt paltarları kataloquna baxırlar, müştərilərdən biri isə büstqalteri geyinib yoxlayır.
Rəssam Eylya evində içki içir və siqaret çəkir.
İki qız axşam əyləncəsindən sonra rəfiqələrinin evində.
Milad qülləsindən Tehrana baxış.
Şervin otağında itlə. İslam qanunlarına görə, it çirkli heyvan sayılır və ona görə də, bu ölkənin sakinləri it saxlaya bilməzlər. İrandakı bir çox it sahibləri heyvanları dörd divar arxasında saxlayırlar, çünki polis onları küçədə görsə, iti müsadirə edəcək.
İranlı model Səhər obyektiv qarşısında.
Cütlük Tehran ətrafındakı qəbiristanlıqda İmam Əlinin ölümünün xatirəsinə həsr olunmuş dini mərasimdə Quran oxuyur.