Ukraynanın Dnepropetrovsk Vaqon Təmiri zavodunda 60 sərnişin vaqonu və Rusiyanın Voronej şəhərinə göndərilmiş 16 vaqon təmir olunaraq “Azərbaycan Dəmir Yolları” QSC-yə təhvil verilib.
Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov YAP-ın saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, vaqonlar Bakı-Tbilisi və Bakı-Moskva istiqamətində xəttə buraxılacaq.