NASA Marsda “Curiosity” roverinin bir gününü çəkib. Kadrlar 10 saniyədə toplanıb.
Görüntülər Marsdakı Geyl kraterindəndir. Həmin gün rover hərəkətsiz dayanaraq planetin səthinin şəkillərini çəkib.
“Curiosity”nin qırmızı planetin səthində keçirdiyi 4002-ci günündən olan görüntülər yerdənkənar landşaftda işıqlandırmanın necə dəyişdiyini nümayiş edir.
Məlumata görə, alimlər Mars vaxtı ilə səhər saat 5:30-dan 17:30-a qədər uzanan 12 saatlıq görüntüləri iki “Hazcam” kamerasından istifadə edərək qeydə alıblar.
O da vurğulanır ki, “Curiosity” Marsda elmi fəaliyyətlərini davam etdirir.
İşıq və kölgənin rəqsi: Marsın bir günü 10 saniyədə - VİDEO
Mənbə: “Gizmodo”