İtalyan maçosu başdöndürən seksə görə həbsxanaya düşdü.
Oxu.Az xəbər verir ki, Şimali Padua vilayətinin Viqodarzeri şəhərinin sakini 42 yaşlı kişi öz sevgilisi ilə şəhvət anında çıxardıqları səs-küyə görə 12 qonşusunun qəzəbinə gəlib. Belə ki, onlar vətəndaş iski veriblər.
Məhkəməyə isk verən tərəf cütlüyün, sakitliyi pozan “fəryad və inilti”sindən şikayət edib. Bununla yanaşı onlar bu səs-küyə görə evlərinin hətta fahişəxananı xatırlatdığını belə deməkdən çəkinməyiblər.
Nəticədə cavabdeh qismində mühakimə edilən kişi qonşularını “təqib” etdiyi üçün günahkar bilinib. İtaliya internet-nəşri Articolo Tre, qeyd edib ki, 42 yaşlı kişi yataqdakı məharətinə görə mühakimə edilib.
Onun “təqib” və “səs-küy” arasında böyük fərqin olduğunu başa salma cəhdi boşa çıxdı, hakim ona altı ay azadlıqdan məhrumetmə cəzası kəsdi. Yerli KİV-in verdiyi məlumata görə o, qərara yenidən baxılması tələbini irəli sürəcək.
Qeyd edək ki, italyan hakimləri bir müddət bundan öncə başqa bir qeyri-adi isklə üzləşiblər. Genuadan olan qadın öz ərini məhkəməyə verib. Səbəb isə üç illik müştərək ailə həyatından sonra ərinin onunla sekslə məşğul olmaq istəməməsi idi. FederealPost xəbər verir ki, qadın ərindən sekslə məşğul olmadıqlarını əsas tutaraq nikahın pozulmasını tələb edib.