Meksikanın Guadajera şəhərində bir qrup şəxs qaçırdıqları itə işgəncə verərək görüntüləri heyvanın sahibinə göndəriblər.
Oxu.Az-ın AzadXeber.az-a istinadla verdiyi məlumata görə, Guadajerada yaşayan Migel Angel Flores adlı şəxsin itini qaçıran dəstə, heyvana qorxunc işgəncələr verərək onu öldürüblər.
İtin boğazına kəndir keçirərək asılı vəziyyətdə onu dəyənəklə döyən dəstə üzvləri bu qorxunc işgəncəni kamera ilə lentə alıblar.