Pitbul Mikki - ABŞ-ın Arizona ştatında Feniks şəhərində 4 yaşlı oğlanı dişləyən it uzun sürən məhkəmə prosesindən sonra ömürlük həbs cəzasına məhkum edildi.
Oxu.Az bu barədə Huffington Post-a istinadən xəbər verir.
Mikkinin işi üzrə istintaq bir neçə ay sürüb. Keçən qış sahibəsi dayə işləyən it 4 yaşlı Kevin Visenti dişləyib.
Uşaq göz və çənəsindən zədə alıb. Həkimlər uşağın tamamən düzəlməsi üçün ayların, bəlkə hətta illərin tələb olunduğunu deyiblər.
Qəribədir ki, qəbahəti böyük olan itin müdafiəçiləri də tapılıb. Heyvan sevərlər Pitbulun xilası üçün iri internet-kampaniyası təşkil ediblər. Zoomüdafiəçilər iti öldürməməyə, onu cəmiyyətdən ömürlük təcrid etməyə çağırıblar. Bu cəza onların fikrincə daha humanistcəsinə olacaq.
Nəticədə Mikki cəzadan boyun qaçıra bildi, amma necə...
Hakim Debora Qriffitin imzaladığı sənədə əsasən Pitbul ömrünün qalan hissəsini sadəcə həbsxanada keçirməyəcək, onun dişlərini çıxaracaqlar və axtalayacaqlar. Xəbər verilir ki, heyvanın qəfəsi qeyri-qanuni mühacirlərlə bir həbsxanaya yerləşdiriləcək.
Ştat hakimiyyəti iddia edir ki, Mikkinin bəxti gətirib.
Onun işi aparılan müddət ərzində aqressiv davranan 450 it iynə vurularaq öldürülüb.
