Sumqayıt şəhərində məktəblilərinin paradı keçirilib.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, ulu öndər Heydər Əliyevin 91 illiyi ərəfəsində təşkil edilən bu paradda 3 mindən çox məktəbli iştirak edib.
Paradda yuxarı sinif şagirdləri ilə yanaşı, texniki yaradıcılıqla məşğul olan uşaqların düzəltdikləri tank və digər zirehli texnika maketləri və Azərbaycanın dövlət quruculuğu tarixində müstəsna rolu olmuş “Difai” təşkilatını tərənnüm edən atlıdan ibarət süvari dəstə də iştirak edib.
Paradı şəhər rəhbərliyi ilə birlikdə on minlərlə sakin izləyib.
Məktəblilərin paradı ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önündən keçərək şəhərin küçələri boyunca müxtəlif istiqamətlərdə hərəkət etmiş sumqayıtlılara bir daha bayram təntənəsinin sevincini yaşamağa imkan verib.
Qeyd etmək vacibdir ki, Sumqayıt şəhər rəhbərliyinin tövsiyəsiylə məktəblilərin hərbi paradı dördüncü dəfə keçirilir.