Oxu.Az oxucularına 2007-ci il qısametrajlı kino Manhetten festivalının qalibini təqdim etmək istərdik.
Cəmi 5 dəqiqə sürməsinə baxmayaraq, burada ikisaatlıq əsərlərdə olduğundan daha çox emosiya və hisslər ifadə edilib.
Film bizi istənilən halda və vəziyyətdə insan qalmağı, sadəcə karyera yüksəlişinə köklənən cansız varlığa dönməməyə çağırır.
Bunu əsasən – peşəsi informasiya axtarışını, reytinq yarışmasını, şöhrət və uğurlu kadr axtarışını tələb edən jurnalistlər xatırlamalıdırlar.
Çünki bəzən belə axtarışlar mənəvi deqradasiya kimi qorxulu nəticələr verə bilər.