Bu gün dünyada ən məşhur körpənin ad günüdür.
Oxu.Az xəbər verir ki, Kembric şahzadəsi Corc (tam olaraq adı Corc Aleksandr Lui) 2013-cü ilin iyul ayının 22-sində dünyaya gəlib.
O, Britaniya kral ailəsinin üzvüdür, II Yelizavetanın üçüncü nəticəsi, Uels şahzadəsi Çarlzın birinci nəvəsidir. Kembric hersoqu Uilyamın və Kembric Hersoqinya Ketrinin ilk övladıdır.
O, Britaniya taxtının sahibləri sırasında üçüncüdür.
Hələ dünyaya gəlməmişdən The Washington Post qəzeti onu dünyanın ən məşhur körpəsi adlandırıb.
Kembric şahzadəsi Corc tarixdə dünyaya gəlməmişdən haqqında Vikipediya-da bir neçə dildə məqalə çıxan ilk insanlardan oldu.