Görünüşə baxanda insana elə gəlir ki, kişilərin gizli sirləri yoxdur. Duyğularını, düşüncələrini açıqlamaqdan çəkinmirlər. Amma bu heç də göründüyü kimi deyil. Əslində kişini doğru anlamaq üçün onun gizli dünyasını bilmək lazımdır...
Kişilər öz gizli dünyalarının qapılarının zorla açılmasını isə heç sevmirlər. Özlərini həmişə qadınlardan yüksəkdə gördüklərinə alışdıqları üçün ən adi uğursuzluqları belə onlara ağır zərbə olur. Qadına önəmli olan məsələ isə kişini anlaya bilmək və bu problemi kökundən həll etməkdir.
Duyğularını açıqlamırlar
Kişilər hər zaman qadını anlamağın çətinliyindən söz edirlər. Əslində isə anlaşılması həqiqətən daha çətin olan tərəf məhz kişilərdir. İstər həyat yoldaşınız, nişanlınız, istərsə də yeniyetməlik çağındakı oğlunuz olsun, həyatınızdakı hər kişi sizə iç dünyasının qapılarını sona qədər açmaqdan həmişə qaçır. Kişinin ağlından keçənlərlə, etdiyi açıqlmalar bir-birindən olduqca fərqlənir.
Kişini anlaya bilmək üçün onun gizli “formullarını” öyrənmək lazımdır. Amerikalı sosioloq Chirs Keller yazdığı kitabda qadınlara kişiləri daha yaxşı başa düşmək üçün bəzi ipucları verir. Kişi tez-tez olmasa da, hərdən duyğularını və düşündüklərini etiraf etməkdən özünü saxlaya bilmir. Məsələn, masanı yumruqlayır, birdən-birə fit çalmağa başlayır, yersiz səsini yüksəldirsə, deməli, o, nələrəsə üsyan edir.
“Bəli” lər,“xeyr”lər...
Kişinin başı müxtəlif mövzularla dolu olduğu zamanlar, problemləri necə yoluna qoyacağına qərar verə bilmədiyi üçün bəzən həyatındakı qadından uzaqlaşmış kimi görünür. Sizə ailələrdə çox tez-tez yaşanan bir səhnəni xatırlatmaq yerinə düşər. Qadın evə gələn ərindən : “Günün necə keçdi?”- deyə soruşur. Kişi, yaxşı deyib keçir. Qadın ərinin o günü necə keçirdiyini dəqiqliklə bilmək istədiyi üçün yenə suallar verir. “Elə bu? Bu gün nələr oldu? Bütün gün işdə olmusan?” Kişi yenə “hə”- deyə cavab verir. İstədiyi cavabı ala bilməyən qadın “ heç bilirsən bu gün nələr olub, təxmin et görum” kimi ifadələrlə ərini susqunluqdan qurtarmağa çalışır. Halbuki kişi o sırada başını məşğul edən problemlərdən qaçmaq üçün əsla həyata keçirə bilməyəcəyi xəyalları qurur. Kişinin bu rəftarı qadını pessimizmə qapatmamalıdır. Əslində kişi arvadından deyil, həyatın qarışıqlığından, səs-küyündən qaçmağa çalışır. Susqunluq vəziyyətindəki kişini bu suallarla imtahana çəkmək tərs reaksiya verə bilər. “Nə olub? Nəsə baş verib? Məndən nəsə gizlədirsən?” kimi suallarla kişini bezdirməyin. O, sadəcə problemləri necə həll etməyin çarələrini axtarmaqdadır. İşlərini qaydaya salandan sonra hər şey yenə əvvəlki kimi olacaq.
Kişilər uşaqlıq illərində belə sirlərini valideynlərinə açıqlamamağa üstünlük verirlər. Qızlar məktəbdə nələr etdiklərini uzun-uzun danışmağı sevdiyi halda, oğlanları dindirmək zaman aparır. Kişilər məğlubiyyətdən qorxurlar, yeniliyi özlərinə yaraşdırmırlar. Bu duyğunu açıqlamaq əvəzinə, özlərini olduğundan fərqli göstərməyə çalışırlar. Belə zamanlarada onları anlmağa çalışın.
Hislərini gizlədirlər
Kişilər adətən öz hissləri haqqında danışmaq istəmirlər. Onlardan soruşduğunuz suallara ya qısa , ya da çoxistiqamətli cavablar verirlər. Amma “ New Woman” jurnalının etdiyi araşdırma onların daxili aləmini ortaya çıxardı.

* Bəlkə də sizə qəribə gələcək və inanmaq istəməyəcəksiniz, amma kişilər qadınların onların köynəklərini geyinməyindən çox xoş hal olurlar.
* Mütəxəsislər qadınlara hər zaman kişinin xoşuna gəlmək üçün evdə də baxımlı olmağı, küçədə olduğu kimi şarmlı geyinməyi tövsiyə edirlər. Kişilərsə bu məsləhəti gülünc qəbul edirlər. Onların fikrincə qadın evdə rahat geyimdə olmalıdır. Bir-birinə uyğun gəlməyən ətək və köynəyin qadına seksual görkəm verdiyini iddia edirlər...
* İlk görüşdə kişinin qadının gözlərinə baxdığı iddia edilir. Gözəl bədən quruluşu kişilərin diqqətini daha cox çəkir zənn edirlər. Əslində isə aparılan araşdırmada kişilər ilk dəfə gördüyü qadının dişlərinə baxdıqlarını açıqladılar. Boyalı dodaqlar deyil, nizamlı düzülmüş ağappaq dişlər diqqət çəkir söylədilər.
* Dişlər qədər dodaqlar da kişilər üçün önəmlidir. Yumşaq görünüşlü, yüngül nəmli dodaqları kişilərin hamısı seksual qəbul edirlər. Qlamur boyalı dodaqları bəyənmirlər.
* Gələk saçlara... Hamıya məlumdur ki, saçlar qadının ən dəyərli xəzinəsidir. Araşdırmaya görə, kişilər də qadınlarda baxımlı saçlara çox fikir verirlər. Ancaq bir fərq var. Kişilər düz, hamar saçları bəyənmirlər. Dağınıq saçlar onların daha çox xoşuna gəlir.
Aytən Sadıqzadə