Şəkillərdə gördüyünüz həqiqətən də qadındır.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, 39 yaşlı Natalya Oqrızko Sankt-Peterburqda yaşayır və Sankt-Peterburqun (SPb) pauerliftinq üzrə mütləq çempionu və eləcə bodibildinq üzrə dəfələrlə SPb çempionu və Rusiya mükafatçısı olub.
Çoxsaylı titul və nailiyyətlərinə baxsaq, Natalyanın çox məqsədyönlü insan olduğunu görərik, amma estetik nöqteyi-nəzərdən onun xarici görünüşü anlaşılmazlıq yaradır.